Bank Of Baku

Ombudsman 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər keçirəcək

Ombudsman 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər keçirəcək
# 07 yanvar 2010 07:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər keçirəcək. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova bununla bağlı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova məktubla müraciət edib. E. Süleymanova nazirliklə Ombudsman təsisatı arasında sözügedən sahədə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə səmərəli əməkdaşlıq əlaqələri yaradıldığını və ölkə başçısının bu sahədə dövlət qurumlarına ünvanlanan tövsiyələrini nəzərə alaraq, «Ekologiya ili» çərçivəsində birgə tədbirlərin həyata keçirilməsini məqsədəmüvafiq hesab edib, bununla bağlı rəy və təkliflərin göndərilməsini və Ombudsman təsisatı ilə işləyəcək əlaqələndirici şəxsin təyin olunmasını xahiş edib. Müraciətdə ekoloji qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı birgə müzakirələrin keçirilməsi, respublikanın orta və ali təhsil müəssisələrində, müxtəlif bölgələri əhatə etməklə kənd rayonlarında, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, habelə QHT-lər üçün hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi, İdarəçilik Akademiyasında əlaqədar dövlət qurumlarının nümayəndələrini cəlb etməklə iki və üç həftəlik təlim kurslarının təşkili, eyni zamanda 18 iyun - Milli İnsan Hüquqları günündə YUNESKO-nun dəstəyi ilə, artıq ilkin razılaşmaların əldə olunduğu «Ekoloji mühit və insan hüquqları» mövzusunda birgə beynəlxalq konfransın keçirilməsi təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR