Bank Of Baku

Azərbaycan ərazisində çiskinli hava şəraiti üstünlük təşkil edəcək

Azərbaycan ərazisində çiskinli hava şəraiti üstünlük təşkil edəcək
# 07 yanvar 2010 11:27 (UTC +04:00)
Arabir çiskinli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 5-7 dərəcə, axşam 3-5 dərəcə isti olacaq.

Yanvarın 8-də havanın buludlu olacağı, arabir çiskinli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Yanvarın 8-dən 9-na keçən gecə və səhər havanın buludlu, bəzi yerlərdə çiskinli olacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq.

Yanvarın 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 10-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 8-də havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında isə çiskinli, yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 8-11 dərəcə isti,
dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Yanvarın 9-10-da hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman qeydə alınacaq. Lakin yanvarın 9-da bəzi şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, yanvarın 10-da ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında yüksək atmosfer təzyiqi fonunda meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir. Lakin rütubətliliyin normadan bir qədər artıq olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR