Bank Of Baku

TQDK Lənkəranda zona müşavirəsi keçirib

TQDK Lənkəranda zona müşavirəsi keçirib
# 07 yanvar 2010 12:44 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Yanvarın 7-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş növbəti zona müşavirəsini keçirib. APA-nın yerli bürosunun məlumatına görə, cənub zonasının 16 rayonundan icra strukturlarının nümayəndələrinin, təhsil şöbələri müdirlərinin, ali və orta ixtisas məktəblərinin, həmçinin ümumtəhsil müəssisələrinin rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Nadir Muradov açıb. Daha sonra TQDK-nın yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov 2009/2010-cu tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edərək, bölgə üzrə ayrı-ayrı şəhər və rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələri iştirakçıların diqqətinə çatdırıb. TQDK rəsmisinin sözlərinə görə, ali və orta ixtisas məktəblərinə qəbul zamanı bölgə üzrə ən uğurlu nəticə Şirvan şəhərinin məzunlarına məxsus olub. Lerik, Yardımlı, Astara rayonlarından olan məzunlar isə nisbətən geridə qalanlar sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR