Bank Of Baku

Azərbaycanın Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası hesabat hazırlayıb

Azərbaycanın Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası hesabat hazırlayıb
# 07 yanvar 2010 13:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında (2007-2011-ci illər) nəzərdə tutulan tədbirlərin 2009-cu ilin son 6 ayında komissiyada icrası ilə bağlı hesabat təqdim edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hesabat dövrü ərzində komissiyaya 250 müraciət daxil olub və qanunvericiliyinin tələblərinə uyğun olaraq cavablandırılıb. Hesabat dövrü ərzində komissiyanın elektron poçtuna daxil olmuş 1179-dan çox müraciət cavablandırılıb. Məhkəmə aparatlarında olan vakant vəzifələrin müsabiqə yolu ilə tutulması üçün zəruri tədbirlər görülüb və nəticədə komissiya tərəfindən elan ediləcək növbəti müsabiqə üçün 9 məhkəmə üzrə 44 vakant vəzifə təqdim edilib. Komissiya ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə çərçivəsində Prezident Administrasiyası və mərkəzi icra hakimiyyəti orqanlarında çalışan 9 dövlət qulluqçusu Holland Dövlət İdarəçilik İnstitutunun təlim kursuna göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR