Bank Of Baku

Rusiyadan çox böyük sürətlə hərəkət edən soyuq atmosfer cəbhəsinin Azərbaycan ərazisindən keçməsi nəticəsində Bakıda və bəzi rayonlarda qar yağır

Rusiyadan çox böyük sürətlə hərəkət edən soyuq atmosfer cəbhəsinin Azərbaycan ərazisindən keçməsi nəticəsində Bakıda və bəzi rayonlarda qar yağır
# 18 mart 2010 14:35 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, dağətəyi rayonlarda isə yağış müşahidə olunur. Abşeron yarımadasında və Bakıda yağıntılar su qara keçir. Hazırda paytaxtda havanın temperaturu 3 dərəcə isti təşkil edir.

U. Tağıyeva deyib ki, bu proses qısamüddətli olacaq və artıq axşam saatlarından sonra soyuq atmosfer cəbhəsi ölkə ərazisini tərk edəcək. Martın 19-da gündüz saatlarında qərb rayonlarından başlayaraq yağıntılarının kəsilməsi müşahidə olunacaq. Güclü külək səngiyəcək, axşam mülayim şimal-şərq küləyinə keçəcək.

Sabah paytaxtda müsbət 7 dərəcə, aran rayonlarında 8-13 dərəcə isti olacaq. Bu gecə dağlarda 0-5 dərəcə şaxta, sabah gündüz isə 1-5 dərəcə isti qeydə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR