Bank Of Baku

Astarada Novruz şənliyi keçirilib - FOTO

Astarada Novruz şənliyi keçirilib - <font color=red>FOTO</font>
# 18 mart 2010 15:02 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Bu gün Azərbaycanın Astara şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, minlərlə rayon sakininin iştirak etdiyi tədbirdə Astara rayon İcra Hakimiyyəti tərəfindən 500 imkansız ailəyə bayram süfrəsinin açılması üçün ərzaq məhsulları, şirniyyat və meyvədən ibarət bayram sovqatları verilib. Daha sonra uzunluğu 10, eni 1 metr olan tort kəsilərək bayram iştirakçılarına paylanıb. Yerli şirniyyatçıların hazırladıqları 500 kiloqramlıq çəkisi olan tortun hazırlanması üçün 120 kiloqram un, 4 min yumurta, 100 kiloqram şəkər tozu və 50 kiloqram kremdən istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR