Bank Of Baku

Azərbaycanda gender problemi ilə bağlı debat keçirilib

Azərbaycanda gender problemi ilə bağlı debat keçirilib
# 18 mart 2010 16:19 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Dünya Bankı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclik - bərabər imkanlar” layihəsi çərçivəsində iki ali məktəbdə tələbə-gənclərin iştirakı ilə Azərbaycan Turizm İnstitutunda (ATİ) debat keçirilib. BBTK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, gənclərlə iş aparan QHT nümayəndələrinin qatıldığı ilk debatı ATİ-nin rektoru, professor Cəfər Cəfərov giriş sözü ilə açaraq tədbirin vacibliyindən danışıb. C. Cəfərov Azərbaycanda geniş zəkalı gənclərə dövlətin və cəmiyyətin həmişə ehtiyac olduğunu dedi. Tələbə-gənclərin iştirakı ilə keçiriləcək debatı BBTK-nın prezidenti Aysəba Mirzəyeva aparıb.
A. Mirzəyeva layihənin icra dövründə www.bisc-esn.org saytı hazırlanaraq istifadəyə verildiyini deyib.
Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Nisə Babayeva, Dünya Bankının Azərbaycan nümayəndəliyinin təmsilçiləri Səidə Bağırlı, Nigar Sadıxova, BDU-nun professoru, hüquqşünas Məhəbbət Dəmirçiyeva, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədr müavini, hüquq müdafiəçisi Sədaqət Paşayeva, Hüquqşünas Qadınlar Assosiasiyasının layihə rəhbəri, insan alveri və ailədaxili zorakılıq üzrə ekspert Xalisə Şahverdiyeva, gender məsələləri üzrə ekspert, hüquqşünas Nigar Hüseynova iştirak ediblər.
Debatda “Azərbaycanda gender problemi” mövzusunda müzakirə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR