Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,333 mln-u ötüb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,333 mln-u ötüb
# 19 mart 2010 06:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il mart ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 333,2 min nəfər olub, onlardan 4 073,2 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar ayında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 376,1 min nəfər, iqtisadiyyatın dövlət bölməsində 824 min nəfər, qeyri-dövlət bölməsində 479,3 min nəfər olmaqla orta siyahı sayı isə 1 303,3 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 19%-i məhsul istehsalı sahələrində çalışıb, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 5,7%-i emal sənayesində, 2,2%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində, 1,4%-i su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahəsində, 4,3%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 26,4%-i təhsil, 20,3%-i topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 10,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 4%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,1%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i informasiya və rabitə, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,3%-i yaşayışın təşkili və ictimai iaşə, 1,3%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,8%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Bununla yanaşı, 2010-cu il mart ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 41 min nəfər olub və onların 43,8%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 5 nəfər şəxsdən ibarət olub.

Qeyd edək ki, işsizliyə görə müavinətin orta məbləği 169,1 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR