Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb
# 19 mart 2010 08:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyi ilə 1 illik əməkdaşlıq müqaviləsi imzalayıb. APA-nın məlumatına görə, imzalanma mərasimində çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, rəhbərlik etdiyi qurum UNİCEF-lə əməkdaşlığa həmişə böyük önəm verib.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevort isə deyib ki, müqavilə çərçivəsində BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasının icrası ilə bağlı hesabatların hazırlanmasına yardımçı olacaqlar: “Uşaq hüquqları sahəsində tədqiqatlar aparılacaq, bu tədqiqatların nəticələrindən asılı olaraq bir sıra təkliflər hazırlanacaq ki, gələcəkdə problemlərin həlli istiqamətində tədbirlər görülsün”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR