Bank Of Baku

Güclü qar cənub bölgəsinin elektrik və rabitə təsərrüfatlarında problem yaradıb

Güclü qar cənub bölgəsinin elektrik və rabitə təsərrüfatlarında problem yaradıb
# 19 mart 2010 08:30 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Ötən gecədən yağan güclü qar cənub bölgəsinin elektrik və rabitə təsərrüfatında bir sıra problemlər yaradıb. Lənkəran şəhər, Lerik və Yardımlı rayon İcra Hakimiyyəti aparatlarından APA-nın yerli bürosuna verilən məlumata görə, Lənkərana 15-20, Lerikə 35-40, Yardımlıya 40-45 santimetr qar düşüb. Qarın ağırlığından xeyli sayda elektrik və telefon dirəyi aşıb, xətlər qırılıb. Hazırda Lənkəran, Lerik və Yardımlı şəhərləri istisna olmaqla, bu rayonların bütün yaşayış məntəqələri işıqsız qalıb, əksər yerlərdə telefon əlaqəsi kəsilib. Yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR