Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Novruz bayramı münasibəti ilə Azərbaycan Veteranlar Şurasının üzvləri ilə görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Novruz bayramı münasibəti ilə Azərbaycan Veteranlar Şurasının üzvləri ilə görüş keçirilib
# 19 mart 2010 08:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Novruz bayramı münasibəti ilə Azərbaycan Veteranlar Şurasının üzvləri ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə çıxış edən komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Novruz bayramı ilə əlaqədar ölkədə yüksək əhval-ruhiyyə var: «Bu isə Azərbaycanın inkişaf ilə bağlıdır». S. Qəhrəmanova deyib ki, komitə həmişə Veteranlar Şurası ilə əməkdaşlıq edib, veteranların problemləri ilə yaxından maraqlanıb. Sədr müavini faşizm üzərində qələbənin 65 illiyi ilə bağlı böyük tədbirlərin keçirilməsi, bu müharibədə şücaət göstərmiş qadınlarla bağlı materialların toplanması barədə də danışıb.
Görüşün sonunda veteranlara bayram sovqatı təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR