Bank Of Baku

Bu il dövlət vəsaiti hesabına ali məktəblərə qəbul planında ciddi dəyişiklik edilməyəcək

Bu il dövlət vəsaiti hesabına ali məktəblərə qəbul planında ciddi dəyişiklik edilməyəcək
# 19 mart 2010 10:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bu il dövlət vəsaiti hesabına bakalavr və magistr hazırlığı üzrə ali məktəblərə qəbul planında ciddi dəyişiklik edilməyəcək. Hələlik bu dəyişikliyə tam hazır deyilik”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, gələcəkdə İqtisadi İnkişaf Nazirliyi və digər dövlət qurumları ilə birlikdə bu və ya digər ixtisaslara dövlətin ehtiyacları öyrəniləcək: “Məqsədimiz qətiyyən o deyil ki, hansısa ali məktəb və ixtisas bağlansın. Əksinə, bizim əsas məqsədimiz odur ki, ali təhsilin keyfiyyəti yüksəlsin, harada keyfiyyətli təhsil verilirsə, tələbə orada oxusun”.

M. Mərdanovun sözlərinə görə, Təhsil Nazirliyi həm Nazirlər Kabinetinə, həm İqtisadi İnkişaf Nazirliyinə ali məktəblərin qəbul planını təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR