Bank Of Baku

Misir Mərdanov: “Ali məktəblərdə heç bir iş görülmədiyi və gənclərin savadsız olduğu ilə bağlı fikirləri mənə atılan güllə hesab edirəm”

Misir Mərdanov: “Ali məktəblərdə heç bir iş görülmədiyi və gənclərin savadsız olduğu ilə bağlı fikirləri mənə atılan güllə hesab edirəm”
# 19 mart 2010 10:45 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XIV Respublika Elmi Konfransda fərqlənmiş tədqiqatçıların mükafatlandırılması mərasimindəki çıxışında deyib. O, nə rektorların, nə deputatların, nə müəllimlərin, nə də gənclərin bu cür fikirlərə qarşı çıxmadığını bildirib: “Bizim bir neçə rektorumuz var ki, Milli Məclisin üzvüdür, komitə sədridir. Akademiklərin də hamısı, Allaha şükür, Bakı Dövlət Universitetində çalışır. Lakin parlamentdə hökumətin hesabatı dinləniləndə bu adamların heç biri təhsil haqqında, təhsildə baş verən yeniliklər haqqında danışmır. Halbuki hər il yerli və beynəlxalq elmi konfranslarda, müsabiqələrdə yer tutan gənclərimizin sayı artır. Bunların müqabilində ali təhsildə heç bir iş görülmədiyini söyləmək məqsədli qərəzdən başqa bir şey deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR