Bank Of Baku

Güclü qar yağması nəticəsində Bakı-Şamaxı yolunda xeyli sayda avtomobil qalıb

Güclü qar yağması nəticəsində Bakı-Şamaxı yolunda  xeyli sayda avtomobil qalıb
# 19 mart 2010 10:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı yolunda xeyli sayda avtomobil qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən məlumatına görə, martın 18-də respublikanın bir çox şəhər və rayonlarında hava şəraiti kəskin dəyişib, temperatur aşağı düşüb, küləklə müşayiət olunan sulu qar və qar yağıb.
Bəzi yerlərdə qar örtüyünün hündürlüyü 6-10 santimetrə çatıb. Yolların buz bağladığı və qarla örtüldüyü bildirilir. Qarın intensiv yağması ilə əlaqədar olaraq Bakı-Şamaxı yolunun 60-90-cı kilometrliyində avtomobillərin hərəkəti çətinləşib, xeyli sayda müxtəlif təyinatlı avtomobil yolda qalıb. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması məqsədi ilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və texnikası cəlb olunub. Əməliyyat nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib. Xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR