Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyində yeni şöbə yaradılacaq

Azərbaycan Təhsil Nazirliyində yeni şöbə yaradılacaq
# 19 mart 2010 11:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Orta məktəblərdə mətbuat katiblikləri yaratmağın heç bir əhəmiyyəti yoxdur. Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətləri var. Bu xidmətlərdən yetərincə məlumat almaq olar”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, nazirliyə edilən müraciətləri daha sistemli araşdırmaq üçün Təhsil Nazirliyində ayrıca “Qaynar xətt” xidməti yaradılacaq: “Ola bilər, bu, ayrıca şöbə olsun. “Azərcell”lə razılığa gəlib bu xidmətdən pulsuz istifadəyə şərait yaradılmasını istəyirik. Davamlı olaraq gün ərzində 2 nəfər təhsil sahəsi üzrə mütəxəssis daxil olan zəngləri qəbul edəcək və cavablandıracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR