Bank Of Baku

Gəncədə Novruz bayramı münasibəti ilə hazırlanan nəhəng paxlavanın təqdimatı olub

Gəncədə Novruz bayramı münasibəti ilə hazırlanan nəhəng paxlavanın təqdimatı olub
# 19 mart 2010 11:04 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncə şəhərinin Heydər Əliyev meydanında Novruz bayramı münasibəti ilə tədbir keçirilib. APA-nıln qərb bürosunun xəbərinə görə, tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, yerli sakinlər iştirak ediblər. Gəncə kulinarları tərəfindən hazırlanan nəhəng paxlava da kəsilərək sakinlərə paylanıb.
Qeyd olunub ki, 7 gün ərzində hazırlanan paxlavanın çəkisi 6 tondur. Şirniyyatın uzunluğu 15, eni isə 6 metrdir. Onun hazırlanması üçün 2 ton yarım un, bir ton yarım şəkər, 1 ton yağ, 700 kiloqram qoz, 250 kiloqram fındıq, 600 litr süd və müxtəlif ədviyyatlar sərf olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR