Bank Of Baku

Novruz bayramı günlərində Azərbaycan ərazisində proqnozlaşdırılan hava şəraiti

Novruz bayramı günlərində Azərbaycan ərazisində proqnozlaşdırılan hava şəraiti
# 19 mart 2010 11:25 (UTC +04:00)
Onun sözlərinə görə, martın 20-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, şimal küləyinin gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Martın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq. Martın 22-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 9-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da martın 20-də gün ərzində hava, əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Martın 21-22-də havanın gün ərzində, əsasən yağmursuz keçəcəyi, lakin martın 20-dən 21-nə keçən gecə bəzi cənub rayonlarında az yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə, gündüz 11-16 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.

U. Tağıyeva deyib ki, gələn həftə Azərbaycan ərazisində əsl bahar havası müşahidə olunacaq: “Martın 22-dən başlayaraq ölkə ərazisində hava xoş, mülayim keçəcək, havanın temperaturu yüksələcək. Bakı və Abşeron yarımadasında temperatur 15-17 dərəcə, aran rayonlarında isə 18-20 dərəcə təşkil edəcək. Mülayim cənub küləyi əsəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR