Bank Of Baku

Nazir: “Azərbaycanda 30 yaşa qədər elmlər doktoru yox səviyyəsindədir”

Nazir: “Azərbaycanda 30 yaşa qədər elmlər doktoru yox səviyyəsindədir”
# 19 mart 2010 11:55 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın elmi potensialının yarıdan çoxu ali məktəblərdə cəmlənib. Nazir son bir ildə ölkə prezidenti tərəfindən elmin inkişafı ilə bağlı mühüm qərarların verildiyini xatırladıb. Azərbaycanda Elmin İnkişafı Fondu yaradılıb. Elmi İnkişafı Strategiyası və Dövlət Proqramı qəbul edilib.

M. Mərdanov elm sahəsi ilə bağlı problemlərin olduğunu da bildirib: “Alimlərin içərisində yaşlıların sayı artmaqdadır. Bu bizi narahat edir. 30 yaşa qədər elmlər doktoru yox səviyyəsindədir. Elmlər doktorlarının yaşı daha çox 60 yaşdan yuxarıdır. Digər problem isə elmin təsərrüfatın müxtəlif sahələri ilə əlaqəsinin qənaətbəxş olmamasındadır. Biz ali təhsil müəssisələrində elmin inkişafı ilə bağlı çox ciddi yeniliklər həyata keçirməliyik. Yaxşı olardı ki, gəncləri elmə daha da həvəsləndirmək üçün müxtəlif nominasiyalar üzrə stimullaşdırıcı müsabiqələr keçirək”.

Təhsil naziri bildirib ki, Doktorantların və gənc tədqiqatların XIV Respublika Elmi Konfransına 20 ali məktəbdən 298 tezis təqdim edilib. Nazir konfransın işində fəal iştirak etmiş 58 doktorant və gənc tədqiqatçıya sertifikatlar verib, 5 nəfəri noutbukla mükafatlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR