Bank Of Baku

İTM fevral ayı üzrə qiymətlərin müşahidəsinin nəticələrini açıqlayıb

İTM fevral ayı üzrə qiymətlərin müşahidəsinin nəticələrini açıqlayıb
# 19 mart 2010 12:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi» layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin fevral ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin eyni dövrü ilə müqayisədə 2010-cu ilin mart ayına qarğıdalı yağı (95,39%), günəbaxan yağı (13,79%), soğan (79,08%), kartof (55,58%), fındıq (46,72%), göyərti (36,3%), qoz (29,83%), şabalıd (25,66%), şəkər tozu (25,38%), şəkər (18,19%), toyuq yumurtası (11,68%) bahalaşıb.

Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə ən çox ucuzlaşma armud (-19,12%), alma (-15,76%), qara və yaşıl çay (-15,2%), ağ kələm (-12,65%), meyvə şirəsinin (-7,21%) qiymətində olub.

Mərkəz tərəfindən həmçinin Nazirlər Kabinetinin normativləri əsasında fevral ayı üzrə istehlak səbətinin dəyəri də hesablanıb. Hesablamalara əsasən, fevral ayında Azərbaycanda yaşayış minimumu adambaşına 148,8 manat təşkil edib. O cümlədən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 140,14 manat, pensiyaçılar üçün 127,16 manat, 0-14 yaşlı uşaqlar üçünsə 178,67 manat təşkil edib. Fevral ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 79,37 manat, pensiyaçılar 73,25 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 89,79 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 35,33 manat, pensiyaçılar üçün 31,53 manat, 0-14 yaşlı uşaqlar üçün 71,32 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,3 manat, 22,38 manat və 17,56 manat təşkil edib.

Xatırladaq ki, Milli Məclisin qərarı ilə Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR