Bank Of Baku

Brüsseldə Avropada təhsil alan azərbaycanlı tələbələrin IV Forumu keçiriləcək

Brüsseldə Avropada təhsil alan azərbaycanlı tələbələrin IV Forumu keçiriləcək
# 19 mart 2010 13:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Martın 23-25-də Brüsseldə Avropada təhsil alan Azərbaycanlı Tələbələrin IV Forumu keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Birgə işləmək uğurdur” adı altında keçiriləcək tədbirdə Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr Forumunun (FASE) baş katibi Natiq Bayramov, Azərbaycanın Brüsseldəki səfiri Emin Eyubov, Çexiyanın Avropa Parlamentindəki üzvü Cabrnoch Milan, Qafqaz və Mərkəzi Asiya üzrə NATO Baş katibliyinin xüsusi nümayəndəsi Robert Simmons, Macarıstanın Avropa Parlamentindəki üzvü Georgy Schopflin, Avropa İttifaqının Şərq Tərəfdaşlığı və Avroasiya məsələləri üzrə siyasi analitiki Amanda Paul Avropada təhsil alan azərbaycanlı tələbələrlə görüşəcəklər. Gənclər və idman naziri Azad Rəhimov da forumda iştirak edəcək. Nazir Avropaya inteqrasiya, Azərbaycanın Avropa İttifaqının Yeni Qonşuluq Siyasətinin və Şərq Tərəfdaşlığı Təşəbbüsünün iştirakçısı olması, ölkə gənclərinin Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramı çərçivəsində həyata keçirdiyi layihələrlə bağlı fikir mübadiləsi aparacaq. Forumda Avropada təhsil alan 80-ə yaxın Azərbaycanlı tələbə iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR