Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfirliyi reabilitasiya keçən uşaqlara bayram sovqatları təqdim edib - FOTOSESSİYA

Rusiyanın Azərbaycandakı səfirliyi reabilitasiya keçən uşaqlara bayram sovqatları təqdim edib - <font color=red>FOTOSESSİYA</font>
# 19 mart 2010 13:15 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyanın Azərbaycandakı səfirliyi «Oriqami» Uşaq və Yeniyetmələr İctimai Birliyinin «Qayğı» reabilitasiya mərkəzində təhsil və müalicə olunan uşaqlara bayram sovqatları təqdim edib. APA-nın məlumatına görə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin xanımı Olqa Doroxina bayram xonçaları ilə yanaşı, uşaqlara Moskvada nəşr olunmuş kitablar da hədiyyə edib.

İctimai Birliyin sədri Namiq Nəcəfov məlumat verib ki, mərkəz 2001-ci ildən fəaliyyət göstərir, burada hazırda 6 yaşdan 18 yaşa qədər 84 uşaq reabilitasiya keçir. “Müxtəlif uşaq xəstəliklərindən - autizm, daun, uşaq serebral iflici, zehni çatışmazlıq və s.-dən əziyyət çəkən uşaqlar burada yazmağı, oxumağı, hərəkət etməyi öyrənirlər” deyən N. Nəcəfov bildirib ki, uşaqlar gündüz vaxtlarını burada keçirir, gecəni isə öz evlərində olurlar.

N. Nəcəfov, həmçinin deyib ki, uşaqlar yapon incəsənət növü olan «Oriqami» sənətinə də yiyələnirlər. Onun sözlərinə görə, “Oriqami» müalicəvi keyfiyyətlərə malikdir, uşaq serebral iflicinə müsbət təsir edir. Mərkəzdə 12 nəfər çalışır, uşaqların reabilitasiyası ilə psixoloq, loqoped, müalicə gimnastikası mütəxəssisləri, xüsusi pediatrlar məşğul olurlar.

Hədiyyələri uşaqlara təqdim edən O. Doroxina onlara tam sağalmağı, yaxşı oxumağı, cəmiyyətdə özlərinə layiqli yer tutmağı arzulayıb. “Azərbaycanda rus dilini bilən insanlar çoxdur, mən sizə rus dilində maraqlı kitablar gətirmişəm ki, oxuyasınız, zənginləşəsiniz, rus dilini yaxşı biləsiniz” deyən xanım Doroxina uşaqlarla birgə rəqs də edib.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısının müavini Əhməd Talıbov məlumat verib ki, rayonun ərazisində Heydər Əliyev Fondu tərəfindən və Rusiyanın «Uralsib» maliyyə korporasiyası maliyyə dəstəyi ilə 3 mərtəbəli uşaq reabilitasiya mərkəzi inşa olunur. Mərkəz bu ilin sonuna kimi təhvil veriləcək. Ə. Talıbov rayonda qüsurlu uşaqların sayının Bakı üzrə ən yüksək olduğunu söyləyib: “Bu rayonda dünyaya gələn uşaqların 15 faizi qüsurla doğulur”. Ə. Talıbov bunu rayonun ekologiyası, erkən evlənmə və qohumlararası nikahla izah edib.

Sonra qonaqlar mərkəzin otaqları və uşaqların əl işləri ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR