Bank Of Baku

Mərakeşdə “Potensialın inkişafı: 2015-ci il və sonrakı dövrlər üçün düzgün strategiyalar və potensiala malik təsisatlar” mövzusunda tədbir keçirilib

Mərakeşdə “Potensialın inkişafı: 2015-ci il və sonrakı dövrlər üçün düzgün strategiyalar və potensiala malik təsisatlar” mövzusunda tədbir keçirilib
# 19 mart 2010 13:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov martın 17-19-da Mərakeş Krallığında “Potensialın inkişafı: 2015-ci il və sonrakı dövrlər üçün düzgün strategiyalar və potensiala malik təsisatlar” mövzusu üzrə keçirilən qlobal tədbirdə iştirak edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mərakeş Krallığı hökumətinin, Fransa Xarici İşlər Nazirliyinin, Avropa İşləri üzrə Nazirliyinin və BMT-nin İnkişaf Proqramının (UNDP) birlikdə təşkil etdikləri tədbirə 50-dən artıq ölkədən nazir və digər yüksək səviyyəli rəsmi şəxslər də daxil olmaqla 150-dən çox nümayəndə qatılıb. ATƏT, UNİCEF, UNFPA, Dünya Bankının da rəsmi nümayəndələrinin təmsil olunduğu tədbirdə “Minilliyin İnkişaf Məqsədləri çərçivəsində görüş: 2015-ci il və sonrakı dövrlər üçün düzgün strategiyalar və potensiala malik təsisatlar”, “Böhran zamanı potensialın müdafiəsi”, “Qlobal ictimai maraqlar və qlobal ictimai siyasət”, “Orta gəlirli ölkələrdə potensiala tələbat və potensialın qorunması” və s. mövzular barədə məruzələr dinlənilib. B. Xəlilov “Azərbaycan Respublikasında insan potensialının artırılması” mövzusunda çıxış edib, dövlət qulluqçularının potensialının artırılması məqsədilə treninq və seminarların təşkil edilməsi, dövlət qulluqçularının ixtisaslarının artırılması üçün əlavə peşə təhsilinə cəlb edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib. Tədbirdə Komissiyanın UNDP ilə birlikdə çəkdiyi “Dövlət qulluğu sistemində islahatların aparılması vasitəsilə yaxşı idarəçilik” layihəsinin həyata keçirilməsi barədə filmin nümayişi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR