BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri: “Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 4500 nəfərin əksəriyyəti azərbaycanlıdır” - MÜSAHİBƏ
Bakı. Kəmalə Quliyeva - APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Ton Vandenhovun APA-ya müsahibəsi
- BQXK nümayəndəliyinin ötən ilki fəaliyyətini necə qiymətləndirirsiniz? 2009-cu ildə BQXK Azərbaycanda hansı işləri görüb? Artıq bir neçə ildir ki, BQXK Azərbaycan həbsxanalarında vərəmlə mübarizə üzrə proqram və cəbhə xəttində yaşayan əhalinin içməli su ilə təminatı layihəsini həyata keçirir. Bu layihələr çərçivəsində hansı nailiyyətlər əldə olunub? Bundan başqa, daha hansı sahələri əhatə edən layihələr həyata keçirməyi düşünürsünüz?
- BQXK bütün dünyada münaqişə nəticəsində fəaliyyətlər həyata keçirir. Azərbaycanda da Dağlıq Qarabağ münaqişəsinin nəticələri hələ də hiss olunur. Bizim işimizin müvəffəqiyyəti Azərbaycanın dövlət orqanları və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığımızdan da çox asılıdır. Biz müxtəlif istiqamətlərdə müzakirələr aparırıq, hazırda əməkdaşlığımız yaxşı səviyyədədir. Vərəmə qarşı mübarizə üzrə proqram çərçivəsində Ədliyyə Nazirliyi (ƏN) ilə kifayət qədər məhsuldar fəaliyyətimiz var. Biz Ədliyyə Nazirliyi ilə birlikdə 3 saylı ixtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsində fəaliyyət göstəririk. Vərəmə qarşı xüsusi mübarizə yeri olan bu müəssisədə biz 1000-dən artıq həbs olunmuş şəxsin vərəmə qarşı müalicəsinə kömək edə bilirik. 1995-ci ildən 2010-cu il mart ayına qədər olan məlumata görə, Azərbaycandakı həbsxana tipli ixtisaslaşdırılmış vərəm xəstəxanasındakı məhkumlara 10 000-dən artıq vərəm müalicəsi xidməti göstərilib. Bu əməkdaşlığımızın nəticəsində vərəmli xəstələrin vəziyyəti yaxşılaşmaqdadır. 1000 nəfərdən 248-i birinci sıra dərmanlara qarşı müalicəsi mümkün olmayan vərəmli xəstədir. ƏN və BQXK başa düşür ki, günlərin bir günü həmin şəxslər azad olunacaq və cəmiyyətə qayıdacaqlar. Buna görə də bu müalicə təkcə həmin şəxslərin özləri üçün deyil, həm də cəmiyyət üçün vacibdir. Çünki həmin şəxslər xəstəlikdən müalicə olunmuş şəkildə cəmiyyətə qayıda bilərlər. BQXK vərəm xəstəliyi üzrə Səhiyyə Nazirliyi ilə də əməkdaşlıq edir. Səhiyyə Nazirliyi ilə birgə ötən il Milli referens laboratoriya açılıb. BQXK treninqlərin keçirilməsində də iştirak edir. Biz cəbhəyanı ərazilərdə yaşayan əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün su layihələri həyata keçiririk. Ümumilikdə 7 - ikisi Gədəbəy, ikisi Tərtər, biri Füzuli, biri Ağcabədi, biri isə Bərdədə - su təchizatı sisteminin bərpası sahəsində layihə həyata keçirilib. 6 minə yaxın əhali bu layihələrdən yararlanıb. BQXK-nın Müdafiə Nazirliyi və Daxili Qoşunlarla da yaxşı əməkdaşlığı var. Biz mütəmadi olaraq həmin dövlət qurumlarının zabitləri üçün beynəlxalq humanitar hüquq üzrə treninqlər keçiririk. “İtkin düşmüş şəxslər haqqında” qanunun işlənməsi üzrə Azərbaycan Milli Məclisi ilə də əməkdaşlıq edirik. Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər haqqında məlumatların toplanması BQXK ilə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin birgə göstərdiyi fəaliyyətdir. İşin çoxunu onlar görürlər, məlumatı cəmiyyətin könülləri toplayırlar.
- BQXK-nın Qarabağ müharibəsində itkin düşən vətəndaşlarla əlaqədar xüsusi layihəsi çərçivəsində indiyədək hansı işlər görülüb?
- Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə həyata keçirdiyimiz bu layihə çərçivəsində biz itkin düşmüş şəxslərin ailələri ilə əlaqə saxlayır, onlar haqqında məlumatlar toplayırıq. Ümid edirik ki, bu məlumatlar gələcəkdə həmin şəxslərin taleyinin aydınlaşmasına yardım edəcək. Ötən il biz 2000-dən artıq ailəyə baş çəkmişik. Hazırda bu məlumatları tərcümə edirik və Dövlət Komissiyası ilə saziş imzalamağa hazırlaşırıq. Sonradan bizim topladığımız bu məlumatlar Dövlət Komissiyasına veriləcək. Çünki bu məlumat bazası Dövlət Komissiyasında saxlanılacaq.
- Hazırda BQXK-nın siyahısında Ermənistanda əsirlikdə olan neçə Azərbaycan vətəndaşı barədə məlumatlar var?
- Hazırda bizim siyahımızda 3 azərbaycanlı var ki, onlar Ermənistanda saxlanılırlar. Bunlardan 2-si hərbi əsir, 1-i isə mülki şəxsdir. BQXK-nin iş prinsipi budur: bizim üçün o şəxslər siyahıda olur ki, BQXK hərbi əsir və ya mülki şəxs olaraq həmin şəxslərə baş çəkir və onlarla görüşür. Hazırda bizim siyahımızda həmin şəxslərin sayı 3 nəfədir. Yəni biz faktiki olaraq onlara baş çəkirik. İtkin düşmüş şəxslər isə o şəxslərdir ki, onların ailələri silahlı münaqişə nəticəsində yoxa çıxmış əzizləri haqqında heç bir məlumata malik deyil və BQXK-ya müraciət edirlər. Yəni həmin şəxslərin taleyi naməlumdur. Bizim siyahımızda 4500-ə yaxın itkin düşmüş şəxs var. Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər dedikdə, BQXK milliyyətindən asılı olmayaraq, bütün tərəflərdən itkin düşmüş şəxsləri nəzərdə tutur. Bu rəqəm dəyişkəndir, çünki hazırda dəqiqləşmələr gedir. Bəzən ailəyə müraciət edəndə məlum olur ki, itkin düşmüş hesab edilən şəxs ya sağdır, ya ailə onun meyitini qəbul edib və basdırıb. Elə ailələr də olur ki, bu vaxta qədər bizə müraciət etməyib.
- Həmin o siyahıda azərbaycanlılar, yoxsa ermənilər üstünlük təşkil edir?
- İtkin düşmüş şəxslərin əksəriyyəti azərbaycanlıdır.
- Azərbaycanın Xocalı şəhəri işğal olunan zaman 197 nəfər itkin düşüb. Həmin şəxslərdən 80 nəfərinin sağ olması ilə bağlı Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında məlumatlar var. BQXK həmin şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı indiyədək hansı addımlar atıb?
- Xocalı faciəsi nəticəsində itkin düşmüş şəxslər də bizim itkinlər siyahımızdadır. Biz həm Azərbaycan, həm də Ermənistanda dövlət komissiyaları ilə əməkdaşlıq edirik ki, bu itkin düşmüş şəxslərin taleyini aydınlaşdıraq. 80 nəfərin sağ olması ilə bağlı isə heç nə deyə bilmərəm. Buna yəqin Dövlət Komissiyası açıqlama verə bilər.
- Hazırda Ermənistanda əsirlikdə olan Azərbaycan ordusunun əsgərləri Rafiq Həsənov və Anar Hacıyevlə bağlı son durum necədir? Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası həmin şəxslərə qarşı işgəncə faktlarının baş verdiyini, məhz buna görə də onların Ermənistan televiziyalarına çıxarıldığını bildirir...
- Mən bu vəziyyəti başqa bir situasiya ilə müqayisə etmək istəyirəm. Təsəvvür edin ki, siz həkimə getmisiniz, səhərisi gün həkim sizin sağlamlıq durumunuzla bağlı mediaya məlumat verir. Bu, qanun pozuntusudur. Bizim də sizin sualınızla bağlı hər hansı açıqlama verməyimiz qanun pozuntusu olacaq. Çünki biz həm Azərbaycanda, həm də Ermənistanda razılaşma nəticəsində fəaliyyət göstəririk. Hər iki tərəfdə BQXK-nin fəaliyyəti bundan ibarətdir ki, biz gördüklərimizi ictimaiyyətə açıqlamırıq. Sadəcə, bu məlumatlarla əlaqəsi olan dövlət orqanlarına və həmin şəxslərin ailələrinə məlumatlar verilir. Bəli, biz baş çəkirik, vəziyyəti öyrənirik, tərəflərə öz məsləhətlərimizi veririk. Amma konfidensiallıq prinsipinə uyğun olaraq bu məlumatları üçüncü tərəfə vermirik. Əlbəttə, tərəflər arasında gərginlik var. Amma biz çalışırıq ki, nə olur olsun, öz fəaliyyətimizi həyata keçirək. Mən başa düşürəm ki, jurnalistlər bizim bu konfidensiallıqdan o qədər də razı qalmırlar. Amma biz bu fəaliyyətimizə görə həmin ailələrin və bu işlə məşğul olan hakimiyyət orqanlarının razılığını görürük. Məhz konfidensiallıq nəticəsində biz bütün dünyada fəaliyyət göstərə və hərbi əsirlərin yanına azad gedib-gələ bilirik.
- Mülki şəxs olan Azərbaycanın Tovuz rayon sakini Eldar Tağıyevin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyi hər hansı təşəbbüs göstəribmi?
- BQXK-nin rolu ondan ibarətdir ki, tutulmuş şəxslərə baş çəkir, onların saxlanma şəraitinin daxili və beynəlxalq qanunvericiliyə uyğun olmasını yoxlayır. Beynəlxalq təşkilat olaraq istər Bakıda, istərsə də Yerevanda saxlanılan şəxslərin arzusuna hörmət edirik. Eləcə də hər iki tərəfdə olan dövlət orqanları bu arzuya əksər vaxt hörmət edir. Sonda hər iki tərəfin dövlət orqanlarının razılığı olmalıdır. Hər iki tərəfdə saxlanılan şəxs qarşı tərəfə deyil, üçüncü tərəf getmək istəyirsə, yenə də iki tərəf razılaşmalıdır: saxlayan tərəf və qəbul edən dövlət. Bakıdan və ya Yerevandan qayıtmaq istəyən mülki və hərbi şəxslərin arzusunu BQXK lazımi orqanlara çatdıra bilər. Əgər rəsmi orqanların istəyi varsa, bu qaytarılmada iştirak edə bilər. Saxlanılan şəxs üçüncü ölkəyə getmək istəyirsə, BQXK buna qarışmır, bu işlə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məşğul olur.
- Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərdiyiniz illər ərzində nümayəndəlik neçə şəxsin əsirlikdən azad olmasına yardımçı olub?
- BQXK 1992-ci ildən bəri münaqişə ilə bağlı saxlanılan şəxslərin məsələsi ilə məşğul olur və yüzlərlə şəxsin repatriasiya olunmasında və ya ötürülməsində iştirak edib. Son iki il ərzində neytral vasitəçi qismində BQXK altı belə əməliyyatda iştirak edib.
- Azərbaycanda əsirlikdə olan erməni hərbçilərinə sonuncu dəfə nə zaman baş çəkilib? Onlarla bağlı vəziyyət nə yerdədir?
- Azərbaycanda əsirlikdə olan 6 erməni hərbçisinə sonuncu dəfə yanvarın ortalarında baş çəkilib. Biz onlara öz xidmətlərimizi təklif etmişik ki, ailələri ilə əlaqə yarada bilsinlər. Onların vəziyyəti ilə maraqlanmışıq və sonra hakimiyyət orqanları ilə konfidensial söhbət etmişik. Onların gələcəyi ilə bağlı siz sual versəniz, mən heç nə deyə bilmərəm.
- Azərbaycan ərazisinə keçən erməni ailəsinə indiyədək baş çəkilməməsinin səbəbi nədir?
- Bizə hələ indiyədək müraciət edən olmayıb ki, o ailəyə baş çəkək. Nə ailənin özü, nə qohumları, nə də hakimiyyət orqanları müraciət edib. Bizə heç bir yerdən müraciət olmayıb.
- BQXK əsirlikdən qayıdan şəxslərin filtrasiya dövründə onlara nəzarət edirmi?
- İstər saxlanılan şəxslər, istərsə də məcburi köçkünlər və qaçqınlar yerlərinə döndükdə, biz onların taleləri ilə maraqlanırıq və onlarla əlaqə saxlamağa çalışırıq.
- Əsirlikdən qayıdan şəxslərin həbs edilməsinə münasibətiniz necədir?
- Hər bir dövlətin öz qanunları var. Həmin şəxslərlə münasibət yerli qanunvericiliyə uyğun olmalıdır. Əgər dövlət həmin şəxsin hansısa qaydaları pozduğunu fikirləşirsə, bu, artıq dövlətin və ədliyyənin borcudur ki, həmin şəxslə uyğun hərəkət etsin. Bizim bu barədə şərh verməyə haqqımız yoxdur. Dövlətin daxili qanunları var və hər bir vətəndaş buna tabe olmalıdır.
- Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi son illər beynəlxalq təşkilatların azərbaycanlı əsir və girovların geri qaytarılması ilə heç bir addım atmadığı ilə bağlı mətbuata açıqlamalar verib. BQXK həmin iradla razıdırmı?
- Mən bu iradla həm razılaşıram, həm də yox. Çünki BQXK-nın qaytarmaq rolu yoxdur. Mən əvvəldə də dedim, saxlanılan şəxs razılaşmalıdır və öz arzusunu bildirməlidir. Əgər müraciət olunsa, BQXK bu prosesdə iştirak edə bilər. Amma bu bizim birbaşa vəzifəmiz deyil. Biz kimisə qaytara bilmərik. Keçmişdə olduğu kimi, gələcəkdə də tərəflər razılaşsalar, saxlanılan şəxslər arzularını bildirsələr, biz, əlbəttə, böyük məmnuniyyətlə bu prosesdə iştirak edib xidmətlərimizi təklif edəcəyik.
- Azərbaycanlı əsirlər geri qayıtmaqla bağlı öz arzularını bildiriblər?
- Bu konfidensial məlumatdır və biz bu məlumatı yalnız aidiyyəti təşkilatlarla və həmin şəxslərlə müzakirə edirik, bu barədə heç nə deyə bilmərəm.
- Dağlıq Qarabağ münaqişəsi başlayandan azərbaycanlı və erməni əsir və girovlardan neçəsinin 3-cü ölkəyə ötürüldüyü barədə Sizdə məlumat var? BQXK bunun statistikasını aparırmı?
- Saxlanılan şəxsləri üçüncü ölkəyə göndərmək məsələsi BQXK-nın mandatından kənardır və buna qarışmır, bu işlə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məşğul olur. Ona görə də bu haqda hansısa rəqəm verə bilməz.

Sosial
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək