Bank Of Baku

Barak Obama ABŞ-da işsizliklə mübarizə haqqında qanunu imzalayıb

Barak Obama ABŞ-da işsizliklə mübarizə haqqında qanunu imzalayıb
# 19 mart 2010 14:25 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ prezidenti Barak Obama ölkədə işsizliklə mübarizə haqqında qanunu imzalayıb.

APA-Economics”in “Associated Press” məlumatına görə, qanunda məşğulluq bazarının stimullaşdırılmasına 17,6 mlrd. dolar ayrılması nəzərdə tutulub.

Bununla bağlı Ağ Evdə keçirilən mərasimdə ABŞ prezidenti bildirib ki, yeni qanun işəgötürən şirkətin yeni personalına verdiyi maaşın vergidən azad olunmasını, müəssisələrin müxtəlif kapital qoyuluşlarına, o cümlədən avadanlıq alınmasına vergi güzəştlərinin tətbiqi kimi həvəsləndirici amilləri əks etdirir.

Bundan başqa, proqram cari ildə inşaat sektorunun inkişafına, ABŞ-da yeni avtomobil yollarının və magistralların tikintisinə təkan verməlidir.

Qeyd edək ki, qlobal maliyyə böhranı nəticəsində ABŞ-da 8,36 mln. iş yeri ixtisar olunub. Bu isə aya orta hesabla 750 min iş yeri deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR