Bank Of Baku

BQXK: Azərbaycan həbsxanalarının mərkəzləşdirilmiş vərəm xəstəxanasında ölüm hallarının sayı azalıb

BQXK: Azərbaycan həbsxanalarının mərkəzləşdirilmiş vərəm xəstəxanasında ölüm hallarının sayı azalıb
# 19 mart 2010 15:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva APA. "Vərəm həbsxana kamerasında saxlana bilməyən sakit bir qatildir. O ölümü günbəgün artıran və yaxınlaşdıran çox ağır bir xəstəlikdir". Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən APA-ya verilən xəbərə görə, bu barədə 24 mart - Dünya Vərəm Günü ilə bağlı BQXK-nın həbsxanada sağlamlıq üzrə koordinatoru Raed Aburabi bildirib: “Həbsxanadan kənarda vərəmin yayılması o vaxt dayandırıla bilər ki, onun həllinə içəridən başlansın. Yer kürəsində hər üç nəfərdən biri vərəm yaradan mikroblara yoluxur. Çoxları tərəfindən keçmişin xəstəliyi hesab olunan vərəm dünyəvi olaraq geri qayıtmış sayılır və orta hesabla hər iyirmi saniyədən sonra bir nəfəri məhv edir. Adamların çoxluğu, zəif qidalanma və tələblərə cavab verməyən tibbi xidmət üzündən həbsxanalar vərəmin hava ilə yayılması və artması üçün hər cür şəraiti olan bir yerə çevrilib. Həbsxana daxilində vərəmin təsir dairəsi bayırdakından 10-40 dəfə yüksək ola bilər, lakin xəstəlik yoluxucu olduğundan, o asanlıqla qarovulçulara, işçilərə, dustaqlara baş çəkməyə gələnlərə, xəstəliyə yoluxmuş, azad olunmuşların ailələrinə keçə bilər”.
R. Aburabi xatırladıb ki, vərəmin yayıldığı ölkələrin hökumət orqanları da bu problemlə birbaşa məşğul olmaq və insanların həyatlarını xilas etmək məqsədilə onu daima nəzarətdə saxlamaq üçün siyasi mətanət nümayiş etdirməlidirlər: “Bu xəstəliyə qalib gələrək ondan qurtulmaq üçün üzərinə düşən vəzifənin yerinə yetirilməsi, müsbət dəyişiklik və yaradıcı əmək tələb olunur və bu da bir gecənin ərzində baş vermir. Lakin əgər Azərbaycanın və Gürcüstanın həbsxanalarında şahidi olduğumuz irəliləyişlər səviyyəsində inkişaf daha geniş vüsət alarsa, bizim o qatilə qarşı mübarizə aparmaq şansımız bütün dünyada artacaq".

BQXK-nın Bakı nümayəndəliyinin üzvü Nikolo Sadradze isə bildirib ki, BQXK həbsxanalarda vərəmə nəzarət etmək üçün Azərbaycan və Gürcüstan da daxil olmaqla müxtəlif ölkələrin islah əmək müəssisələrinin rəhbərləri ilə 10 ildən çoxdur ki, əməkdaşlıq edir: “15 il öncə Azərbaycanda həbsxanalara baş çəkməyə başlayanda, biz vərəmin hər gün təxminən 300 məhbusu məhv etdiyini aşkarladıq. Törətdiyi cinayətdən asılı olmayaraq, onların çoxunun həbsxana həyatı ölümlə nəticələnirdi. Görülmüş ehtiyat tədbirlərinə, inkişaf etmiş müayinə və diaqnoza, nəzarət altında aparılan müalicəyə və sonradan həkimin müşahidələrini davam etdirməsinə rəğmən ölkənin həbsxanalarının mərkəzləşdirilmiş vərəm xəstəxanasında ölüm hallarının sayı 20-yə enib".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR