Bank Of Baku

Millət vəkilləri Novruz bayramı münasibəti ilə Tovuzdakı hərbi hissədə olublar

Millət vəkilləri Novruz bayramı münasibəti ilə Tovuzdakı hərbi hissədə olublar
# 19 mart 2010 15:20 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Millət vəkilləri Qərinə Paşayeva və Həvva Məmmədova Tovuzda Novruz bayramı münasibəti ilə keçirilən tədbirlərdə iştirak ediblər. APA-nın qərb bürosunun xəbərinə görə, Tovuzun Heydər Əliyev meydanında keçirilən şənlikdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov bayram münasibəti ilə sakinləri təbrik edib.

Millət vəkilləri Tovuzda olan N saylı hərbi hissədə oldular. Qənirə Paşayeva əsgərlər qarşısında çıxış edib. Deputat deyib ki, ölkənin ictimai-siyasi həyatında rolu olan şəxslər bayram günlərini əsgərlərlə birgə keçirməlidirlər: “Ön cəbhədə duran əsgər Vətəni qoruyur. Onları tez-tez yada salmaq bizim borcumuzdur. Mən ən gözəl bayramları hərbi hissədə və ya ön cəbhədə olanda əsgərlərə keçirirəm”.

Tədbirdə əsgərlərə hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR