Bank Of Baku

DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilib

DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilib
# 19 mart 2010 15:45 (UTC +04:00)
Bakı-APA. Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun iştirakı ilə Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 2010-cu tədris ilinin ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev bu münasibətlə şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə nazir müavininə raport verib. Tədbirdə Heydər Əliyevin və şəhid olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən nazir müavini Ə. Ələkbərov mərasim iştirakçılarını DİN rəhbərliyi və şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından ilkin hazırlıq kursunu müvəffəqiyyətlə bitirmələri münasibəti ilə təbrik edib. Dinləyicilər üçün yaradılan şəraitin də təhsilin keyfiyyətinə təsir etdiyini vurğulayan nazir müavini, məktəbdə əsaslı təmirdən sonra yenidən istifadəyə verilmiş yataqxana korpusunun yaxşı sosial şəraitə malik olduğunu, müasir tələblər səviyyəsində təmir edildiyini, dinləyicilər üçün normal məişət xidmətinin yaradıldığını bildirib. Sonra gənc polis əməkdaşlarının atəş və xüsusi vasitələrin tətbiqi üzrə nümunəvi çıxışları olub.
Mərasim şəxsi heyətin nizami addımlarla tribuna önündən keçməsi ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR