Bank Of Baku

Elmira Süleymanova BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə nümayəndəsini qəbul edib

Elmira Süleymanova BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə nümayəndəsini qəbul edib
# 19 mart 2010 16:03 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə nümayəndəsi Vladlen Stefanovu qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, V. Stefanov yenidən Ombudsman seçilməsi ilə bağlı E. Süleymanovanı təbrik edib.
Müvəkkil BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsində Ombudsman təsisatının da maraqlı olduğunu söyləyib. O, Müvəkkil təsisatının insan hüquq və azadlıqlarının müdafiəsinə və təmin olunmasına yönəlmiş fəaliyyətinin daim təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını, yeni mərhələdə də dinamik və çevik işləməyin zəruriliyini vurğulayıb.
V. Stefanov Ombudsmanın fəaliyyətini yüksək qiymətləndirib, insan hüquqları sahəsində işin daha da təkmilləşdirilməsi ilə bağlı Müvəkkilin təkliflərinin səmərəli olduğunu, təsisatın daim birgə işlədiyi tərəfdaşlarla əməkdaşlığının davam etdirilməsinin, informasiya mübadiləsinin zəruriliyini söyləyib.
Görüşdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Teymur Məlikaslanov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR