Bank Of Baku

“Elvan” əmtəə nişanlı peçenye və qaletlər satışdan çıxarılır

“Elvan” əmtəə nişanlı peçenye və qaletlər satışdan çıxarılır
# 19 mart 2010 17:51 (UTC +04:00)
Bakı-APA. İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara Sulutəpə qəsəbəsində yerləşən “Elvan İrmak Qida Məhsulları” MMC tərəfindən istehsal edilən “Elvan” əmtəə nişanlı peçenye və qaletləri almamağı tövsiyə edir.

İİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar “Elvan” əmtəə nişanlı peçenye və qaletlərin satışının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması barədə istehsalçı “Elvan İrmak Qida Məhsulları” MMC-yə göstəriş verib.

Artıq Dövlət Xidməti tərəfindən müəssisənin anbarında olan 12,2 ton saxlama müddəti ötmüş mallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilib.

Bundan başqa, bu malların ticarət şəbəkəsinə satışını həyata keçirən “Koroğlu” MMC və “Şirin” MMC-də yoxlama aparılaraq, “Koroğlu” MMC-nin anbarında 6,1 ton “Elvan” əmtəə nişanlı malların satışdan çıxarılıb.

“Elvan” əmtəə nişanlı malların ticarət şəbəkəsindən geri yığılması və istehsalçıya qaytarılması barədə hər iki müəssisəyə göstəriş verilib.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha istehlakçıları qənnadı məmulatları alarkən diqqətli olmağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR