Bank Of Baku

Masallının Qarğalıq kəndində su xəttinin açılışı olub

Masallının Qarğalıq kəndində su xəttinin açılışı olub
# 19 mart 2010 19:01 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Martın 19-da Masallı rayonunun Qarğalıq kəndində yeni çəkilmiş su xəttinin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə düzənlənən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev çıxış edərək kənd sakinlərinin evlərinə içməli suyun verilməsinin layiqli bayram hədiyyəsinin olduğunu bildirib. Qeyd olunub ki, daxili imkanları hesabına 19 kilometrlik su xəttinin çəkilməsi ilə 5787 nəfər sakin içməli sudan istifadə edəcək.

Tədbirdə çıxış edən RİH başçısının Qarğalıq ərazi vahidliyi üzrə nümayəndəsi Sübhan Zalıyev, Qarğalıq bələdiyyəsinin sədri Xatirə Məmmədova, şəhid atası Hidayət Vəliyev, müəllim Bayram Zamanov onların sosial problemlərinin həlli həyata keçirilən tədbirlərə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR