Bank Of Baku

Alimlər xəstə üzərində inqilabi cərrahiyyə əməliyyatı aparıblar

Alimlər xəstə üzərində inqilabi cərrahiyyə əməliyyatı aparıblar
# 20 mart 2010 04:51 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq alimlər qrupu Londonun «Great Ormond Street Hospital» xəstəxanasında 9 yaşlı xəstə oğlanın öz gövdəyəoxşar hüceyrələrinin köçürülməsi üzrə inqilabi cərrahiyyə əməliyyatı həyata keçiriblər. Əməliyyatın unikallığı ondadır ki, köçürülmüş hüceyrələrdən orqanizm daxilində yeni traxeya formalaşmalıdır.

APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, əməliyyatın uğurla nəticələnəcəyi təqdirdə bu tibbi texnologiyanın tətbiq dairəsi genişləndirilə bilər.

Alimlər gələcəkdə xəstələrin özlərindən götürülmüş gövdəyəoxşar hüceyrələrdən istifadə etməklə onların istənilən daxili orqanını «təmir etmək» mümkün olacaq. Bu isə kənar donorun orqanının köçürülməsi zərurətini aradan qaldıra bilər.

Bundan əlavə, bu cür terapiya üsulu yad hüceyrələrə qarşı əks reaksiyanın da qarşısı alına bilər. Belə ki, bu cür reaksiya üzündən orqan köçürülmüş xəstələr daim dərman preparatları qəbul etmək zərurəti ilə qarşılaşırlar ki, bu da xəstələrin immun sistemini zəiflədir.

Əməliyyat rəhbərlik etmiş "Kareci" universiteti klinikasının (Florensiya) professoru Paolo Makkyarininin sözlərinə görə, yeni texnologiya hüceyrələrin regenerasiyasını sadə və hamı üçün əlçatan edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR