Bank Of Baku

Qarabağda erməni qiyamından 90 il keçir

Qarabağda erməni qiyamından 90 il keçir
# 23 mart 2010 00:11 (UTC +04:00)
Bakı-APA. Bu bahar günləri xalqımız təkcə Novruz bayramını qeyd etmir. Qarabağda erməni qiyamından 90 il keçir. 1920-ci il martın 23-nə keçən gecə azərbaycanlılar öz evlərində Novruz bayramını qeyd edirdilər. Erməni silahlı dəstələri Şuşa, Əsgəran və Xankəndindəki Azərbaycan qarnizonlarına qəfil hücum edərək Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) qarşı qiyam qaldırıblar. Bu qiyam Qarabağın erməni komitəsinin AXC-nin mərkəzi hökumətinin bu bölgələr üzərində suverenliyini tanıması barədə saziş imzalanmasına baxmayaraq baş verib.

Bir gecəyə yüzlərlə dinc azərbaycanlı qətlə yetirilib. Erməni qiyamçılarının əlaqələndirilməmiş fəaliyyət göstərdiklərindən, Azərbaycan hökumət qoşunları Şuşa qalasının müdafiəsini təşkil edə, səhər isə silahlı quldurlara cavab zərbəsi endirə biliblər.

Yuxarı Qarabağda azərbaycanlılara qarşı törədilən qırğının əvəzində Şuşa azərbaycanlıları erməniləri şəhərdən qovublar. Bu qanlı qırğında ermənilərin əksəriyyətinin əli olduğu şübhəsizdir. Məsələn, qiyamçılara şəhərin hansı yollarının mühafizə olunmaması barədə gizli xəbər vermiş və Şuşaya hücumun hazırlanmasında iştirak etmiş yepiskop Vahan asılmış, şəhər polisinin rəisi Avetis Ter-Qukasyan edam edilib.

Qiyam qətiyyətlə yatırılıb, Qarabağın AXC-nin nəzarətindən çıxarılmasına yol verilməyib.

Sonralar ermənilər özlərinin biabırçı məğlubiyyətini "Şuşanın soyqırımı" adlandırsalar da, bir gün əvvəl azərbaycanlıların qırılmasını, təbii ki, yada salmırlar.

Maraqlıdır ki, indi ermənilər hər yerdə ağız dolusu qışqırırlar ki, 1918-1920-ci illərdə guya Qarabağ AXC-nin tərkibinə daxil deyildi, guya bunlar hamısı yalandır, Qarabağ daşnak Ermənistanının tərkibində idi. Ancaq onlar heç cür izah edə bilmirlər ki, Qarabağ AXC-nin deyil, Ermənistanın bir hissəsi idisə, onların əcdadları AXC-yə qarşı niyə qiyam qaldırırdılar. Nə isə anlaşılmazlıq yaranır...

Bu günlər biz 90 il əvvəl AXC-nin nanəcib vətəndaşları (onların nəslindən onlanlar hələ də Azərbaycanın qədim bölgəsi Qarabağı dövlətimizdən ayıracaqlarına ümid edirlər) tərəfindən qətlə yetirilmiş dinc azərbaycanlıların xatirəsi qarşısında baş əyirik. Şübhə etmirik ki, ermənilərin əlləri bu dəfə də boşa çıxacaq!

AzərTAc
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR