Bank Of Baku

Zeyno Baranın "Başqa Müsəlmanlar: Mülayim və dünyəvi" adlı kitabının təqdimatı keçirilib

Zeyno Baranın "Başqa Müsəlmanlar: Mülayim və dünyəvi" adlı kitabının təqdimatı keçirilib
# 23 mart 2010 04:39 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. ABŞ-ın Hudzon İnstitutunda "Başqa Müsəlmanlar: Mülayim və dünyəvi" adlı yeni kitabın təqdimatını keçirilib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, kitab Avrasiya Siyasəti Mərkəzin Böyük Elmi işçisi və Direktoru xanım Zeyno Barın tərəfindən redaktə olunub.

"Digər Müsəlmanlar" kitabı Avropadan və Birləşmiş Ştatlardan olan, akademiya, ilahiyyat və vətəndaş fəallığında iş təcrübəsinə malik olan mülayim müsəlmanların esselərinin unikal toplusudur.

Kitabda qeyd olunur ki, Qərb insanları İslamçı məsələsinin siyasi və ideoloji təhlükəsini özlərinin dar İslam anlayışı vasitəsilə izah etməklə, demokratiya və ümumi insan haqları dəyərlərini böyük riskə atırlar.

Kitabı əməkdaşları arasında M. Zuhdi Jasser və Hedieh Mirahmadi də var. Kitab həm Hudzon İnstitutun kitab mağazasından həm də Amazon internet saytı vasitəsi ilə əldə etmək olar.

Zeyno Baran Azərbaycanda görkəmli ekspert kimi tanınır və ATƏT-in Minsk Qrupunun sabiq Amerikalı həmsədri Metyu Bryzanıın həyat yoldaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR