Bank Of Baku

Özbəkistan səfiri Tovuz rayonunda olub - FOTO

Özbəkistan səfiri Tovuz rayonunda olub - <font color=red>FOTO</font>
# 23 mart 2010 07:44 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Özbəkistanın Azərbaycandakı səfiri İsmatulla İrqaşev millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədovanın dəvəti ilə Tovuz rayonuna səfər edib. APA-nın xəbərinə görə, ilk olaraq Tovuzun tarixi ilə tanış olan səfir rayondakı şəhid məzarlarını ziyarət edib.

Səfir Tovuzun Ermənistanla sərhəd olan Ağdam və Əlibəyli kəndlərində olub. Burada ermənilərin törətdikləri vəhşiliklərin şahidi olan səfir Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllini istədiklərini deyib: “İnsanlara atəş açılması yaxşı hal deyil. Mən insanların ölməsinin istəmirəm”.

Səfirə rayon rəhbərliyi tərəfindən saz hədiyyə olunub. Səfirlə keçirilən görüşlərdə Tovuzun bir mərkəzi küçəsinə Özbəkistan adı verilməsi, Tovuz və Səmərqənd şəhərlərinin qardaşlaşması təklifləri də irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR