Bank Of Baku

Hindistan «Coca-Cola»dan külli miqdarda kompensasiya tələb edir

Hindistan «Coca-Cola»dan külli miqdarda kompensasiya tələb edir
# 23 mart 2010 09:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hindistanın Kerala ştatı ABŞ-ın «Coca-Cola» korporasiyasından ekoloji zərər yetirdiyinə görə 47 mln. ABŞ dolları həcmində kompensasiya tələb edir.«APA-Economics»in BBC-yə istinadən verdiyi məlumata görə, ştat rəsmiləri şirkəti qrunt suları ehtiyatlarının qurtarmasında, həmçinin, «Coca-Cola»nın 1999-2004-cü illərdlə Kerala ştatında yerləşən zavodunun tullantıları ilə kənd təsərrüfatı və ekologiyaya zərər vurmaqda ittiham edir.
Buna baxmayaraq, «Coca-Cola» şirkətinin nümayəndələri Hindistanın bu fikri ilə razılaşmayıb deyilənləri təkzib edir. Şirkətin rəsmilərinin dediyinə görə, beynəlxalq təşkilatlar və ölkə hökuməti tərəfindən keçirilən elmi tədqiqatlar Kerala ştatına zavod tərəfindən heç bir ekoloji zərərin vurulmamasını göstərib.
Qeyd edək ki, Kerala ştatının Palakkada rayonunda yerləşən «Coca-Cola»nın zavodu şirkətin ən iri müəssisələrindən sayılırdı. Lakin yerli əhalinin kütləfi etirazından sonra 2005-ci ildə zavod bağlanıb.

Xatırladaq ki, alkoqolzus içkilər istehsalı ilə məşğul olan «Coca-Cola» şirkəti 1886-cı ildən etibarən fəaliyyət göstərir. Şirkətin illlik dövriyyəsi 30 mlrd. dollar təşkil edir ki. «Coca-Cola»nın məhsulları 200-dən artıq ölkədə təqdim olunur. Şirkət bazarda «Coca-Cola», «Fanta», «Sprite», «Minute Maid» və «Burn» kimi alkoqolsuz içkilər təqdim edir. «Coca-Cola» brendi altında satılan içki isə dünyada ən tanınmış əmtəə nişanı sayılır. Belə ki, bu brendi dünya əhalisinin 94%-i tanıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR