Bank Of Baku

Dünyada son 100 il ərzində baş vermiş ən dəhşətli zəlzələlərin siyahısı açıqlanıb

Dünyada son 100 il ərzində baş vermiş ən dəhşətli zəlzələlərin siyahısı açıqlanıb
# 23 mart 2010 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA.Economics. Dünyada son 100 il ərzində baş vermiş ən dəhşətli zəlzələlərin siyahısı dərc olunub. «APA-Economics»in Rusiyanın RBK agentliyinə istinadən verdiəi məlumata görə, siyahıda birinci yerdə Haitidə 2010-cu ilin yanvarın 13-də Rixter cədvəli üzrə 7 ball gücündə baş vermiş zəlzələ qərarlaşıb. Burada ölən insanların minimal sayı 270 min təşkil edib.
İkinci yeri 1976-cı ilin iyulun 28-də Çinin Tanşan şəhərində baş vermiş 8,2 ball gücündə olan zəlzələ tutub. Bu təbii fəlakət nəticəsində 242 min nəfər insan dünyasını dəyişib. Bununla yanaşı, sözügedən zəlzələ XX əsrin ən güclü fəlakəti sayılır.
Bundan başqa, 2004-cü ilin dekabrın 26-da İndoneziyada baş vermiş 9,2 ball gücündə olan zəlzələ də Asiyadakı ən dəhşətli təbii fəlakətlərdən sayılır və siyahıda 3-cü yeri tutub. Belə ki, zəlzələ sunamiyə səbəbə olub və ümumiyyətlə, bu təbii fəlakətdən ölənlərin sayı 230 minə çatıb.

Son 100 il ərzində baş vermiş ən dağıdıcı zəlzələlər

Tarix

Ölkə

Episentr

Zəlzələnin gücü (ball)

Ölənlərin sayı

1.

13.01.2010

Haiti

-

7,0

270 000

2.

28.07.1976

Çin

Tanşan

8,2

242 000

3.

26.12.2004

İndoneziya

Sumatra

9,1-9,3

230 000

4.

27.12.1939

Türkiyə

Erzincan

-

100 000

5.

8.10.2005

Pakistan

Kaşmir

7,6

84 000

6.

12.05.2008

Çin

Sıçuan

7,8

69 000

7.

31.05.1970

Peru

-

-

67 000

8.

21.06.1990

İran

Gilan

7,7

40 000

9.

26.12.2003

İran

Bəm

6,3

35 000

10.

15.08.1950

Hindistan

Əssam

-

30 000

11.

24.06.1939

Çili

-

-

30 000

12.

7.12.1988

Ermənistan

Spitak

6,9

25 000

13.

19/20.09.1985

Meksika

Mexiko

8,1

25 000

14.

16.09.1978

İran

Təbəs

-

25 000

15.

4.02.1976

Qvatemala

-

-

23 000

16.

26.01.2001

Hindistan

Bhuc

7,7-7,9

20 000

17.

17.08.1999

Türkiyə

İzmit

7,4

17 000

18.

5.01.1970

Çin

Yuan

7,7

15 621

19.

29.02.1960

Mərakeş

Əqadir

-

12 000

20.

30.09.1993

Hindistan

-

6,0

10 000

21.

17.08.1976

Filippin

Mindanao

-

8 000

22.

27.05.2006

İndoneziya

Yava

6,2

6 000

23.

22.12.1972

Nikaraqua

Manaqua

-

6 000

24.

17.01.1995

Yaponiya

Osaka, Kioto, Kobe

7,2

5 100

25.

30.05.1998

Əfqanıstan

-

7,1

5 000

26.

21.09.1999

Tayvan

-

7,6

2 500

27.

21.05.2003

Əlcəzair

-

6,6

2 000

28.

27.05.1995

Rusiya

Saxalin

9,0

2 000

29.

10.05.1997

İran

Bircənd

7,1

1 600

30.

28.03.2005

İndoneziya

Nias/Sumatra

8,7

1 300

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR