Bank Of Baku

Korolyov şəhərində Novruz Bayramı qeyd olunub

Korolyov şəhərində Novruz Bayramı qeyd olunub
# 23 mart 2010 14:19 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Moskva yaxınlığında yerləşən Korolyov şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Novruz bayramı ilə bağlı tədbir keçirib. APA-nın Moskva bürosunun məlumatına görə, Korolyov şəhər administrasiyasının nümayəndəsi Aleksandr Pıresev Azərbaycan xalqını və tədbirə qatılan qonaqları Novruz Bayramı münasibəti ilə təbrik edib. A. Piresev deyib ki, bu bayram azərbaycanlıların tarixi-mədəni irsinin zənginliyini göstərən bir nümunədir. O, həmçinin bildirib ki, Korolyovda yaşayan azərbaycanlılar biznes, mədəniyyət, təhsil, səhiyyə, kosmos sahələrində çox layiqincə çalışırlar. A. Piresev əfsanəvi Kərim Kərimovu xatırlayaraq qeyd edib ki, o bu şəhərdə ən hörmətli adam olub: “Onu bütün kosmonavtlar tanıyır. Biz azərbaycanlılarla birlikdə onun xatirəsini ehtiramla yad edirik. Onun xatirəsinin əbədiləşdirilməsi üçün təşəbbüs olmalıdır”.
Tədbir Novruz bayramı personajlarının, aşıqların, muğam ifaçıların və rəqqasların iştirakı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR