Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşıb
# 23 mart 2010 16:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2% təşkil edib. Yanvar-fevral aylarında isə 2009-cu ilin müvafiq dövrünə nisbətən 3,8% ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin fevral ayında bitkiçilik, bostan və bağçılıq məhsulları üzrə qiymət indeksi əvvəlki aya nisbətən 102,8% olub. Bu bölmədə dənli bitkilər və digər qruplara daxil edilməyən bitkilərin istehsalçı qiymətləri 3,2%, tərəvəz, ixtisaslaşdırılmış bağçılıq və şitilçilik məhsullarının 2,5%, meyvələr və qoz-fındığın istehsalçı qiymətləri isə 1,9% bahalaşıb.
Fevral ayında diri mal-qara və heyvandarlıq məhsulları üzrə qiymət indeksi ötən aya nisbətən 97,1% təşkil edib. Heyvandarlıq bölməsində diri qoyunların, keçilərin və onlardan alınan məhsulların qiymətləri 1,4% bahalaşıb, diri iribuynuzlu qaramal və onun törəməsi məhsullarının qiymətləri 5,4%, diri quşların və yumurtanın istehsalçı qiymətləri isə 4,3% ucuzlaşıb.
Bununla yanaşı, balıq və sair balıqçılıq məhsullarının qiymətləri 2,6% bahalaşıb, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki aya nisbətən heç bir dəyişiklik olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR