Bank Of Baku

Xarici ölkələrdən sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı artıb

Xarici ölkələrdən sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı artıb
# 24 mart 2010 09:23 (UTC +04:00)
2008-ci ildə 1691 Azərbaycan vətəndaşı sığınacaq almaq üçün xarici ölkələrə müraciət etmişdisə, 2009-cu ildə bu rəqəm 2319 olub.

Bənzər tendensiya digər Cənubi Qafqaz ölkələrində də müşahidə edilir. Belə ki, ötən il xaricdən sığınacaq almaq istəyən Ermənistan vətəndaşlarının sayı 43% artıb. Gürcüstan isə regionun bu sahədə lider ölkəsidir. 2008-ci illə müqayisədə ölkəsini tərk etmək istəyən Gürcüstan vətəndaşlarının sayı iki dəfə - 102% artıb.

Xoşbəxtliyini başqa ölkələrdə axtaran ölkələrin ilk “dördlüyünə” İraq, Əfqanıstan, Somali və Rusiya daxildir. Yeni həyat qurmaq istəyənlər üçün ən cəlbedici ölkə ABŞ (2009-cu ildə 49 min müraciət), Fransa (41 min müraciət), Kanada (33 min müraciət), Böyük Britaniya (29 min) və Almaniyadır (27,5 min).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR