Bank Of Baku

Martın 25-də hava isti olacaq, martın 26-27-də isə soyuyacaq

Martın 25-də hava isti olacaq, martın 26-27-də isə soyuyacaq
# 24 mart 2010 10:44 (UTC +04:00)
Şimal-şərq küləyi əsəcək, axşam cənub küləyinə keçəcək. Gündüz 11-14 dərəcə, axşam 7-9 dərəcə isti olacaq. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Martın 25-də Bakı və Abşeronda hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gecə və səhər arabir nisbətən güclənəcək, günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək, axşam arabir güclənəcək. Gecə 6-8 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq. Martın 26-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə az yağıntı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq. Martın 27-də hava buludlu olacaq. Axşam az yağıntı ehtimalı var. Şimal-qərb, şimal-şərq küləyi əsəcək. Gecə 2-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 25-də əsasən yağmursuz hava şəraiti mövcud olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 6-10 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq. Dağlarda gecə 2-5 dərəcə, gündüz 13-18 dərəcə isti proqnozlaşdırılır. Martın 26-27-də əsasən gecə və axşam saatlarında yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, yağıntıların intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək, ayın 27-də şərq küləyinə keçəcək. Gecə 3-7 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR