Bank Of Baku

Qaxda Yaponiya hökumətinin dəstəyi ilə inşa edilmiş tibb məntəqəsi istifadəyə veriləcək

Qaxda Yaponiya hökumətinin dəstəyi ilə inşa edilmiş tibb məntəqəsi istifadəyə veriləcək
# 12 aprel 2010 08:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Aprelin 14-də Qax rayonunun Qorağan kəndində tibb məntəqəsinin açılış mərasimi keçiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tibb məntəqəsi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində inşa edilib.

Layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi və İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi arasında 2009-cu il oktyabrın 9-da imzalanıb. Layihənin ümumi dəyəri 85 min 931 ABŞ dollarıdır. Bu tibb məntəqəsindən Qorağan kəndi və ətrafında yerləşən Almalı, Əlibəyli və Şotovar kəndlərinin 6302 sakini faydalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR