Bank Of Baku

Cinayət mühakimə icraatında həbs qoyulan əmlaka dair qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək

Cinayət mühakimə icraatında həbs qoyulan əmlaka dair qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək
# 30 iyun 2026 11:43 (UTC +04:00)

Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslə bağlı prosedur müəyyənləşir, üzərinə həbs qoyulan əmlakla əlaqədar qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə əlavə edilməsi təklif olunan yeni - 99-1-ci maddədə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR