Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
Aprelin 13-də hava buludlu olacaq, arabir açılacaq. Səhər bəzi yerlərdə havanın zəif dumanlı, çiskinli olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq.
Aprelin 14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.
Aprelin 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 10-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 13-də arabir yağış yağacağı, gecə və axşam bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 15-18 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə, gündüz 6-11 dərəcə isti olacaq.
Aprelin 14-də və 15-də də yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Aprelin 15-də hava gündüz, əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 13-də və 14-də Abşeron yarımadasında qeyri-sabit və rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, aprelin 15-də əksər meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Hidrometeoroloji Proqnozlar Bürosu gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq da edib. Xəbərdarlıqda bildirilir ki, aprelin 12-də axşamdan aprelin 15-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam saatlarında bəzi yerlərdə leysan xarakterli olacağı, yağışın yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi aprelin 13-də arabir güclənəcək. Temperatur tədricən 3-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Sosial
ICMP-nin Baş direktoru: Hələ də aşkarlanmalı olan kütləvi və gizli məzarlıqlar var - MÜSAHİBƏ
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
Xəbər Lenti
ICMP-nin Baş direktoru: Hələ də aşkarlanmalı olan kütləvi və gizli məzarlıqlar var - MÜSAHİBƏ
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub
İranda silahlı hücum olub, iki SEPAH üzvü öldürülüb
Paşinyan Tehranda Əli Xameneinin vida mərasimində iştirak edəcək
Müdafiə naziri: Türkiyə SAMP/T və “Patriot” sistemlərini almağı planlaşdırır
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
Deputat idman yarışlarında enerji içkilərinin reklamını doğru hesab etmir
Emin Əmrullayev: Təhsil sahəsində sistemli korrupsiya yoxdur
Deputat: “Psixiatrik yardım haqqında” qanuna dəyişikliklə ictimai təhlükəsizliyi təmin edən mexanizm yaranacaq
Narkoloji Mərkəzin həbsdə olan direktoru və müavini barədə qərar qəbul edilib
Nazir müavini: TDT çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biri yeniyetmə və gənclər arasında radikallaşmanın qarşısının alınması olmalıdır
Talantbek Taşıbekov: TDT çərçivəsində dini siyasət üzrə koordinasiyanın gücləndirilməsi vacibdir
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib - VİDEO
Bakıda "Türk Dünyası Həftəsi" çərçivəsində beynəlxalq konqres keçirilib - FOTO
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
Nazir: Məktəblərdə süni intellektin tədrisi asan deyil
Hesablama Palatasına yeni səlahiyyət verilir
Dövlət Komissiyası: Azərbaycan itkin şəxslərin axtarışı üçün xüsusi yeraltı radarlar alacaq
Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO - YENİLƏNİB
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir
Ali Məhkəmə: Qərarın icrasında qeyri-müəyyənlik yaranarsa, məhkəmə ona izah verməlidir
Safi Arpaquş: Türk dövlətləri dini sahədə koordinasiyanı gücləndirməlidir
TDT Baş katibi: Dini məsələlər üzrə yeni əməkdaşlıq formatı sosial birlik və sabitliyə töhfə verəcək
Ağdamda pilləkəndən yıxılan 71 yaşlı kişi ölüb
Gürcü spiker: Azərbaycan-Ermənistan sülh prosesi bölgə üçün əməkdaşlıq perspektivləri yaradır
Bakıda 9 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb
TANAP kəməri ilə indiyədək 100 mlrd. kubmetrə yaxın Azərbaycan qazı nəql olunub
Ramin Məmmədov: Şuşada TDT-nin dini sahədə ilk çoxtərəfli platformasının əsası qoyulur
Şuşada TDT-yə üzv ölkələrin dini qurum rəhbərlərinin ilk görüşü keçirilir - FOTO
Göyçayda qəza olub, maşın kanala aşıb
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
AMEA: İşğaldan azad edilmiş ərazilərdə kulturasid faktları sənədləşdirilib
Hüseyn Cavid prospekti ilə Ayna Sultanova küçəsində frezlənmə və asfaltlanma işləri aparılacaq
Dövlət Xidməti dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib
Azərbaycan polisinə Özəl kredit təklifi
Elm və təhsil naziri dərs vaxtı mobil telefon qadağasının məqsədini açıqlayıb
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə sadələşdirilmiş icraatla bağlı bəzi müddətlər artırılır
Özbəkistanın mədəniyyət naziri: Təhdidlər qarşısında birlik vacibdir
Cinayət mühakimə icraatında həbs qoyulan əmlaka dair qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək
Kənd təsərrüfatı üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 2 milyard manata yaxın vəsait xərclənəcək
Direktor: Bəzən bir şəxsin sümük qalıqları bir neçə kütləvi məzarlıqda aşkarlanır