Bank Of Baku

“Narkotik istifadəsinin yayılmasının qarşısının alınmasında alternativ yanaşma» mövzusunda ictimai müzakirə keçirilib

“Narkotik istifadəsinin yayılmasının qarşısının alınmasında alternativ yanaşma» mövzusunda ictimai müzakirə keçirilib
# 12 aprel 2010 09:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün “Narkotik istifadəsinin yayılmasının qarşısının alınmasında alternativ yanaşma» mövzusunda ictimai müzakirə keçirilib. APA-nın məlumatına görə, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti və Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Bürosunun təşkilatçılığı ilə keçirilən müzakirələrə QHT təmsilçiləri, media nümayəndələri və hüquq-mühafizə orqanlarının təmsilçiləri iştirak edib.

D. Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu çıxışında bildirib ki, narkotika müasir cəmiyyətin problemlərindən biridir. Hüquq müdafiəçisi narkotik istifadəçisi ilə narkotik ticarətçisinin fərqli olduğunu qeyd edib: «Narkotik istifadəçiliyi xəstəlikdir və onlara qarşı münasibətdə dəyişikliyin olmasına ehtiyac var”.

Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Bürosunun rəhbəri Səadət Bənənyarlı problemin həll olunması üçün ictimai dinləmələrin vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, cəmiyyətin narkotik istifadəçilərinə münasibəti dəyişərsə, o zaman problemin həlli asanlaşa bilər.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Tanrıverdi Aydınov isə bildirib ki, hüquq-mühafizə orqanları narkomaniyanın qarşısının alınması üçün davamlı tədbirlər görür. O, narkotik vasitələrin Azərbaycana gətirilməsi, narkotik vasitələrin becərilməsinə qarşı mübarizənin aparıldığını və həmçinin azyaşlı və yeniyetmələr arasında maarifləndirmə işlərinin aparıldığını qeyd edib: “Biz maarifləndirmə işi apardığımız kimi, narkomanlar da öz sıralarını genişləndirmək işləri aparırlar. Daha çox imkanlı adamların övladlarını öz sıralarına qoşmağa çalışırlar”.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Araz Əliquliyev çıxışında bildirib ki, narkotik vasitələrin istifadəçiləri Narkoloji Dispanserə vaxtında müraciət etmirlər: “Müraciət edənlərin istifadə tarixini araşdıranda məlum olur ki, onların böyük əksəriyyətinin 7-10 il təcrübəsi var”.

A. Əliquliyev narkomanların reablitasiyası mərkəzlərinin yaradılması üçün ən müxtəlif üsulların və təcrübələrin olduğunu qeyd edib.

Tədbirdə millət vəkilləri, QHT nümayəndələri də mövzu barədə öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR