Bank Of Baku

Azərbaycanın Təhsil Nazirliyi baş prokurorun birinci müavininin məktubuna cavab hazırlayıb

Azərbaycanın Təhsil Nazirliyi baş prokurorun birinci müavininin məktubuna cavab hazırlayıb
# 12 aprel 2010 10:29 (UTC +04:00)
APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, cavab məktubu yaxın günlərdə Baş Prokurorluğa göndəriləcək.

Hazırda Azərbaycanda 7000-dən çox təhsil-təlim müəssisəsinin mövcudluğuna diqqət çəkən M. Mərdanov bu müəssisələrdən hər birinin hüquq-mühafizə orqanlarının birbaşa gücü ilə mühafizəsinin təşkilinin reallıqdan uzaq olduğunu vurğulayıb: “Çünki 7000 müəssisəyə sutka ərzində belə xidməti həyata keçirmək üçün çox böyük miqdarda vəsait lazımdır. Buna görə də, bu müəssisələrin hamısını biz o səviyyədə qorumaq iqtidarında deyilik. Ancaq bu o demək deyil ki, həmin müəssisələr qorunmur. O müəssisələr müxtəlif variantlarla qorunur. Ali təhsil müəssisələrinin imkanı var ki, özlərinin qazandığı vəsaitlər hesabına xüsusi xidmətlərdən istifadə etsinlər. Terrordan qorunmaq ümumiyyətlə çətindir. Düşünürəm ki, mühafizəni hamı bir yerdə təşkil etməlidir. Necə deyərlər, hamının gözü dörd olmalıdır. Başımıza gələn hadisələrdən nəticə çıxarmalıyıq. Nə qədər çox danışılsa da, Azərbaycan bu baxımdan ən çox və ciddi mühafizə olunan ölkələr sırasındadır. Sevinmək lazımdır ki, belə hallar bizim ölkədə az baş verir. Ona görə də bu hallarla bağlı çox yazılmasına etiraz edirəm. Bəzi məsələləri qabartmaq, oğrunun yadına daş salmaq lazım deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR