Bank Of Baku

Azərbaycanla Küveyt arasında gənclər və idman sahələrində əməkdaşlığa dair memorandum imzalanacaq

Azərbaycanla Küveyt arasında gənclər və idman sahələrində əməkdaşlığa dair memorandum imzalanacaq
# 12 aprel 2010 10:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanda səfərdə olan Küveytin Gənclər və İdman Məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzafın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşüb. APA-nın məlumatına görə, görüşdə çıxış edən nazir rəhbərlik etdiyi qurum barədə məlumat verib. Azərbaycanda gənclər və idman məsələləri ilə bağlı qanunvericilik bazasının formalaşdığını deyən A. Rəhimov hər iki sahədə böyük işlərin aparıldığını, inkişafın olduğunu vurğulayıb: “Azərbaycanda 170-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərir və nazirlik onların hər biri ilə əməkdaşlıq edir. Onların layihələri maliyyələşdirilir, birgə tədbirlər keçirilir. Həmçinin, beynəlxalq müstəvidə mübadilə proqramlarına böyük önəm verilir”. Nazir Küveytin LOYAC təşkilatının bir müddət əvvəl Azərbaycana səfər etdiyini xatırladıb və Azərbaycandakı “İrəli” İctimai Birliyi ilə əməkdaşlıq müqaviləsi imzaladığını qeyd edib.

Küveytin Gənclər və İdman Məsələləri üzrə Dövlət Komitəsinin sədri Feysəl Musaid Əl-Cəzzaf isə Azərbacanla Küveyt arasında sağlam əlaqələrin olduğunu deyib. O bu əlaqələrin gənclər və idman sahəsində də yaradıldığını vurğulayıb: «Küveyt dövləti gənclər sahəsinə xüsusi diqqət yetirir. Bu prosesə təkcə dövlət deyil, xalq tərəfindən də böyük dəstək var». O, bu sahədə Azərbaycanla Küveyt arasında təcrübə mübadiləsinin aparılmasının vacib olduğunu qeyd edib.

Səfər çərçivəsində Azərbaycanla Küveyt arasında gənclər və idman sahələrində əməkdaşlığa dair memorandum imzalanacaq.

Qeyd edək ki, aprelin 18-dək davam edəcək səfər zamanı Küveyt nümayəndə heyəti Quba, Qusar, Şağan Olimpiya komplekslərində olacaq, Güləş üzrə Avropa çempionatının açılış mərasimində iştirak edəcək, ölkənin bir sıra gənclər təşkilatlarının üzvləri ilə görüş keçirəcək və Azərbaycanın tarixi yerlərinə baş çəkəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR