Bank Of Baku

Bakıda təyyarə qəzasında həlak olan Lex Kaçinski və digərlərinin xatirəsi yad edilir - FOTOSESSİYA

Bakıda təyyarə qəzasında həlak olan Lex Kaçinski və digərlərinin xatirəsi yad edilir - <font color=red>FOTOSESSİYA</font>
# 12 aprel 2010 13:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakı sakinləri təyyarə qəzasında həlak olmuş Polşa prezidenti Lex Kaçinski, onun xanımı Mariya Kaçinski və digərlərinin xatirəsini yad edir. APA-nın məlumatına görə, Polşanın Azərbaycandakı səfirliyində baş verən faciə ilə bağlı xatirə kitabı açılıb. Bu gün saat 11.00-dən başlayaraq səfirliyi ziyarət başlayıb. Bakı sakinləri səfirliyin qarşısına güllər və şamlar qoyur, səfirlik əməkdaşlarına başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.

Qəzada həlak olanları yad edənlər arasında dövlət rəsmiləri, deputatlar, Ombudsman Elmira Süleymanova, siyasi partiya rəhbərləri, ictimai xadimlər, jurnalistlər, mədəniyyət təmsilçiləri, tələbələr də olub.

Xatirə kitabı aprelin 14-nə kimi açıq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR