Bank Of Baku

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu dissertasiya işlərində plagiata yol verilməsi barədə məlumata münasibət bildirib

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu dissertasiya işlərində plagiata yol verilməsi barədə məlumata münasibət bildirib
# 12 aprel 2010 13:48 (UTC +04:00)
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Aviasiya Akademiyasının nəzdində yaradılmış N.06.011 Dissertasiya Şurasında AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun 6 nəfər tədqiqatçısının öz dissertasiya işlərini yazarkən köçürmə hallarına yol vermələrinə dair Şura sədri İbrahim Quliyevin məlumatı tədbir görülməsi üçün AMEA Rəyasət Heyətinə göndərilib. Bununla əlaqədar olaraq Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun əmri ilə göstərilən faktların araşdırılması üçün yoxlama komissiyası yaradılıb və araşdırmalar aparılıb. Müəyyən edilib ki, institutun tədqiqatçıları tərəfindən yol verilən köçürmə hallarına sabiq direktorun rəhbərlik etdiyi dövrdə yol verilib. İnstitut direktorunun əmri ilə “Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses” şöbəsinin müdiri, hüquq elmləri doktoru Mais Əliyev şöbə müdiri vəzifəsindən və Elmi Şuranın üzvlülüyündən azad edilib, onun institut tədqiqatçılarına elmi rəhbər olması qadağan edilib. Şöbənin fəaliyyətini əsaslı surətdə yaxşılaşdırmaq və tələbkarlığı gücləndirmək üçün müvafiq tədbirlər görülüb. İnstitutun köçürmə hallarına yol vermiş sabiq aspirantların və dissertantların təhsil müddətinin başa çatması, eləcə də onların tədqiqat işləri üzrə ekspertizaların dayandırılması və iddiaçıların bu mövzular üzrə təkrar müdafiə hüquqlarını itirməsi haqqında qərarlar çıxarılması nəzərə alınıb. Bütün institut üzrə aspirant və dissertantların sistemli şəkildə, ardıcıl olaraq attestasiyadan keçirilməsi, qüsurlara yol vermiş və elmə təsadüfən gəlmiş tədqiqatçıların uzaqlaşdırılması üçün şöbə müdirlərinə konkret göstərişlər verilib. İnstitutda tədqiqat işlərinin ilkin müzakirəsinə münasibətin əsaslı surətdə yaxşılaşdırılması, AAK-ın tələblərinə tam əməl olunması, dissertasiya işi üzrə elmi rəhbərin müsbət rəyi olduqdan sonra belə, işlərin elektron variantda oxşar mövzulardan köçürmə hallarına yol verib-verməməsi məsələsinin araşdırılması, dissertasiya işlərinin anonim qaydada yüksəkixtisaslı mütəxəssislərə, şöbələrə və ya institutlara rəyə göndərilməsi təcrübəsindən istifadə edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR