Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib
# 12 aprel 2010 16:19 (UTC +04:00)
Bakı - APA. Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, iclasda Şuranın sərbəst maliyyə vəsaitin xərclənməsi, apelyasiya komissiyasının təqdimatı və digər məsələlər müzakirə edilib.

Sərbəst vəsaitin xərclənməsi ilə bağlı qeyd edilib ki, Şura bu vəsaiti ölkənin ictimai həyatı, QHT-lərin inkişafı, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətlərinin dünyada tanınması və başqa vacib layihələrin maliyyələşdirilməsinə xərcləməyə üstünlük verib.

Şuranın apelyasiya komissiyası birinci maliyyə yardımı müsabiqəsinin nəticələri ilə bağlı Şuraya daxil olmuş 11 müraciətin hər birini ayrılıqda araşdırıb və Şuranın qərarı qüvvədə saxlanılıb. Yalnız bir layihə ilə bağlı əlavə donorun tapılacağı halda, layihə təklifinin yenidən Şuraya təqdim edilməsi tövsiyə edilib.

Səfər qrantları ilə bağlı Şuraya daxil olmuş ərizələrə baxılaraq müvafiq qərar çıxarılıb. İclasda Şura həyatının cari məsələləri də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR