Bank Of Baku

Küveyt və Azərbaycan əlaqələri genişləndirmək arzusundadır

Küveyt və Azərbaycan əlaqələri genişləndirmək arzusundadır
# 13 aprel 2010 07:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda səfərdə olan Küveytin Gənclər və İdman Məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzaf mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Əl-Cəzzaf bu səfərin ölkələr arasında əlaqələrin inkişafına təkan verəcəyini deyib: “Biz əlaqələrin daha yüksək səviyyədə inkişaf etməsinə çalışacağıq. Azərbaycanın idman sahəsində böyük təcrübəsi və nailiyyətləri var. Biz burada bir sıra idman qurğuları ilə tanış olacağıq. Hər iki ölkə hökuməti əlaqələri genişləndirmək arzusundadır. Bu istəyin reallaşması üçün tərəflər arasında saziş imzalanacaq”.

Qonaq idman sahəsində fəaliyyətlərin əlaqələndirilməsi, idman komandalarının qarşılıqlı səfərlərinin nəzərdə tutulduğunu qeyd edib: “Ölkələr arasında əməkdaşlıq imkanları genişdir”.

Əl Cəzzaf Azərbaycanda böyük inkişafın şahidi olduğunu da söyləyib: “Azərbaycan xalqı elə bir hökumətə, elə bir prezidentə malikdir ki, onlar bu nailiyyəti həyata keçirməyə qadirdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR